Ana səhifə > Məqalələr > Uşaqlarımızı kompüterdən istifadəyə qoyaq, yoxsa yox?!

Uşaqlarımızı kompüterdən istifadəyə qoyaq, yoxsa yox?!

Bu gün kompüter və internet Dünya əhalisinin ən əvəzolunmaz elementlərindən birinə cevrilib desək yəqin ki, yanılmarıq. Sürətlə inkişaf və Avropaya inteqrasiya edən ökləmizdə də bu belədir. İnternet istifadəçilərinin sayı hər gün artmaqda davam edir. Təbii ki, Azərbaycanın belə inkişafı sevindirici haldır. Bu gün ölkəmizdə böyüklərlə yanaşə uşaqlar da internetdən yetərincə istifadə edirlər. Amma internet və kompüterdən uşaqların istifadəsi zamanı müəyyən məsələlərə fikir vermək və onu nəzarətdə saxlamaq valideyin üçün vacib şərtdir. Düzdür, kompüter zehni inkişaf etdirir, insanı məlumatlandırır, intellektuallaşdırır və s., amma bunun pis nəticələri də ola bilər. Azərbaycanda və dünyada aparılan araşdırmalar belə deməyə əsas verir. Əslində zehnin inkişafına kömək etmək üçün uşaqlara 3 yaşından sonra da kompüter almaq olar. Lakin burada diqqətli olunmalı məsələlər vardır. Bunlardan ən önəmilsi uşağın kompüter qarşısında nə qədər oturacağı və ondan necə isifadə edəcəyidir.

Əgər uşaqların internetdən istifadə etməsinə nəzarət olunmazsa, onlar müxtəlif cür xoşagəlməyən saytlara daxil ola bilərlər. Yəni uşaqlarda maraq hissinin daha çox olması onları internet dünyasının müsbətləri ilə deyil, mənfilikləri ilə tanış edə bilər. Araşdırmalar göstərir ki, 3-4 yaşlı uşaqlar kompüter önündə gün ərzində 25 dəqiqə, 5-6 yaşlı uşaqlar 35 dəqiqə, 7-8 yaşlı uşaqlar isə 40 dəqiqə otura bilərlər. Və bu mütləq valideyinlərin nəzarəti ilə olmalıdır.

Müasir dövrdə əxlaqsız saytlara girişi, əxlaqsız şəkilləri və videoları görüntüləməyi qadağan edən proqramlar və brauzerlər geniş yayılıb. Hər bir valideyinin övladı üçün kompüter aldıqda görəcəyi ilk iş belə proqramlardan və ya brauzerlərdən əldə edib kompüterə yükləməkdir.

Kompüter oyunlarına gəldikdə isə, bu, ən böyük bəlalardan biridir. Nəinki balacalar, həmçinin gənc nəsli və ortayaşlı insanları, bəzən hətta yaşlı insanları da buna aludə olurlar. Xüsusən müasir dövrdə futbol yarışlarından məntiqi oyunlara, avtomobil oyunlarından strategiya oyunlarına qədər necə oyun istəyirsinizsə, yüzlərlə növdə tapmaq olur. Həm də zaman keçdikcə oyunlarda ən son texnologiya və qrafika zənginliklərinin əlavə olunması bu oyunların cəlbediciliyi daha da artırır. Belə olduqda təbii ki, uşaqların kopüter oyunlarına marağı da artır. Bu yaxınlarda televiziyada kompüter oyunlarına aludə olmuş uşaqla bağlı sujetə baxdıqda heyrətə düşdüm. Ukraynalı bir azyaşlı oğlan anasının ona kompüterdən cox oynamağa icazə vermədiyi üçün qışqıra-qışqıra ağlayır və anasının gözü önündə otaqda kompüterlə bərabər nə əşya varsa hamısını vurub sındırır, sonra yenidən affekt vəziyyətdə anasına hücum çəkərən onu vurur.  Bu ananın kompüter qarşısında saatlarla oturan uşağı ilə vaxtında maraqlanmaması səbəbindən baş vermişdi. Sonradan o uşaq həkim nəzarətində müalicəyə verilib. Bütün bunlar uşağın kompüter qarşısında normadan çox oturmasından irəli gəlir. Əslində belə oyunların müsbət cəhətləri də var. Uşaqların hadisələrə cəld reaksiya vermə qabiliyyətinin artması, əşyaları virtual qavrayışının artması, yaddaşın güclənməsi, məntiqi təfəkkürün inkişafı, diqqətliliyin artması, hadisələri və ya əşyaları kateqoriyalaşdırmaq, və sistemləşdirmək vərdişlərinin artırılması komputer oyunlarının müsbət tərəfləridir. Uzun müddət kompüter qarşısında oturmaq isə uşaqların sağlamlığına, xüsusən də gözlərinə ziyan olmaqla yanaşı, bir çox hallarda nəzarət edilmədikdə uşaqlar oyuna o qədər aludə olurlar ki, nəticədə o oyundan asılılıq əmələ gəlir. Belə hallar müxtəlif xəstəlik də yarada bilir. Mənfi cəhətlərin ən önəmlilərindən biri də odur ki, uşaqlar bəzən oyunlara o qədər vaxt sərf edir ki, dərslərini oxuya və digər sosial işlərlə məşğul ola bilmirlər.

Bu qeyd edilən mənfi təsirlərinin hamısı birbaşa olaraq uşağın normadan artıq kompüter qarşısında oturması ilə əlaqədardır. Əgər valideynlər buna nəzarət edərsə, bu halda uşaqların kompüter oyunları oynamaqları onlara xeyir verə bilər. Bununla belə araşdırmalar göstərib ki, uşaqların kompüter almazdan öncə dərslərində göstərdikləri nəticələr kompüter aldıqdan sonra göstərdiyi nəcitələrdən daha yaxşı olur.

Bütün bunlara baxmayaraq hər bir uşaq fərqli xarakterə, iradəyə və ağıla sahib olduğu üçün kompüterin həmin uşağa necə təsir edəcəyi də onun özündən asılıdır.

Ölkənin bir çox psixoloqları isə uşaqları kompüter oyunlarından, həmçinin internetdən ayırmaq fikri ilə razılaşmır. Hətda psixoloqlarımız uşaqları 3-4 yaşından etibarən kompüter və internetlə tanış etməyi məsləhət bilir, axı müasir dövrün tələbi budur.

Bu fikirlərlə razılaşmaq olar, amma bir şərt bu fikirləri kölgə kimi izləməlidir, valideyinlərin ciddi nəzarəti. Niyə ABŞ-da 9 yaşlı bir oğlan fizika elmi üzrə nəyisə kəşf edib “Nobel” mükafatına namizəd seçiləndə, bizdə 9 yaşlı bir oğlan hələ kompüterin necə yandırılmasını bilməsin?!

Taleh Bağırov

Categories: Məqalələr Tags: ,
  1. Hələlik şərh yoxdur.
  1. No trackbacks yet.

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.