Ana səhifə > Oyun > Kompyuter oyunlarının xeyri

Kompyuter oyunlarının xeyri

Roçester Universitetində (ABŞ) hazırlanan kompyuter oyunları gənclərdə qorxu və depressiyanın müalicəsinin effektivliyini gücləndirmək üçün nəzərdə tutulub. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunlar əsasən daima böyük dərs yükündən əziyyət çəkən tələbələrə kömək məqsədilə yaradılıb.

Pasiyentlərdə bacarıq və özünüidarəetməni təkmilləşdirən oyunlar öz tərkibində psixoloji vəziyyətin qiymətləndirilməsi modulunu saxlayır, eyni zamanda davranış terapiyası və bioloji əks əlaqə mexanizmini həyata keçirir. Qiymətləndirmə mərhələsində oyunçu öz vəziyyətini təsvir edir və müvafiq xarakteri mənimsəyir.

“Computer world” jurnalının məlumatına görə, oyunlarda kompyuterdən başqa, fizioloji parametrlər ötürücüləri əsasında aparat hissə də quraşdırılıb. Oyun nəzarətçisi funksiyasını da yerinə yetirən ötürücülərin köməyi ilə oyunçu qorxu və stressin fizioloji təzahürlərini izləmək imkanına malikdir.

Categories: Oyun Tags: ,
  1. Hələlik şərh yoxdur.
  1. No trackbacks yet.

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.