Ana səhifə > Donanım, Texnologiya > Yeni pleysteyşn artıq satışda

Yeni pleysteyşn artıq satışda

 “Vita” pleysteyşn’ı Yaponiya‘da artıq satış üçün dükanlara çıxarılıb. Minlərlə oyun həvəskarları bu pleysteyşn’ı ilk alanlar sırasında olmaq üçün səhər tezdəndən mağazalara axışıb. “Sony” şirkəti bu portativ oyun konsolunun çox sürətlə satılacağını proqnozlaşdırır.  Son maliyyə ili ərzində 640 milyon yen maliyyə itkisi ilə üzləşən “Sony” şirkəti yeni buraxılmış pleysteyşnlardan gələn gəlir hesabına vəziyyəti nisbətən yüngülləşdirəcəyini ümid edir. Xatırladaq ki, şirkətin illik gəlirlərində təkcə bu il deyil, son dörd il ərzində davamlı olaraq azalma baş verib.

Özəllikləri ?

 “Vita” sensor interfeysə malikdir və hərəkətə həssasdır. “Vita” “Playstation Portable”ın varisi hesab olunur. İstifadəçilər mobil telefon şəbəkəsindən və vayfay nöqtələrindən qoşularaq məkan izləmə texnologiyası olan GPS-dənistifadə edə bilərlər.

“Vita”nın ön və arxa kameraları var və iki düyməşəkilli coystikə malikdir.

Elektronika və əyləncə nəhəngi “Sony”nin fikrincə “Vita” beş il bundan əvvəl buraxılmış PlayStation 3-ün ardınca çox uğurlu məhsuldur.

Bu oyun konsolu fevral ayının 22-sindən ilk olaraq Böyük Britaniyada, daha sonra isə qalan Avropa ölkələrində və şimali Amerikada satışa çıxarılacaq.

Categories: Donanım, Texnologiya Tags: , ,
  1. 21 Dekabr 2011 at 18:14 | #1

    alajam :) )

  1. No trackbacks yet.

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.